16 Dekabr 2017, Şənbə - 18:59

M.Eriksson Force İndia-ya keçməkdə maraqlıdır

M.Eriksson Force İndia-ya keçməkdə maraqlıdır

Müəllif: Elçin Zodorov, redaktor

17:39 - 26 Oktyabr, 2016

Bu ayın əvvəllərində Sauber ilə yeni müqavilə imzalamağa yaxın olduğunu bildirən Eriksson başqa komandalardakı boş yerlərlə də maraqlanır.

F-1.az bildirir ki, Force İndia-nın Niko Hülkenberqdən sonra boşalan yeri hansı sürücüyə tapşıracağı hamı üçün maraqlıdır. Paskal Verlyayn, Esteban Okon, Colion Palmer və aşağı seriyalarda yarışan bir neçə sürücünün adı Force İndia ilə yanaşı çəkilsə də, komanda tərəfindən hələ heç bir rəsmi məlumat verilməyib.

Markus Eriksson: “Force İndia variantlar arasındadır. Onlarda da bir boş yer var. Amma hələ də Sauber-də yarışacağımı düşünürəm. Yenə də mümkün qədər güclü komandanın üzvü olmaq istəyirəm və onlar hazırda çox yaxşı təsir bağışlayırlar. Gələn il ehtiyacım olan şey orta qrupda mübarizə aparmaqdır. Force İndia mənə təklif göndərsə, bunu rədd etmək heç də ağıllı addım olmaz”.

Monişa Kaltenborn: “Variantları bilirik və danışıqlar aparırıq. Amma qəbul etməliyik ki, hər il sadəcə iki nəfəri yarışdıra bilərik. Sürücülərin adlarını da sabah açıqlamaımız üçün bizə heç kim təzyiq etmir. Amma bu məsələni mümkün qədər tez həll etmək istəyirik.

Hər kəs özünü düşünür və özü üçün ən yaxşı fürsətləri dəyərləndirməyə çalışır. Çətin bir mövsümü geridə qoyduq və bu, sürücülərimiz üçün də asan deyildi. Yaxşı çıxış etdiklərini düşünürəm. Amma hamı hər zaman daha artığını istəyir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər , , ,
Paylaş

logo