M.Eriksson: “F1-dəki gələcəyim müəyyən deyil”

Markus Eriksson gələn il də Sauber-də qalacağını düşünür, amma isveçli sürücü gələcəyinin yaxın zamanda müəyyənləşməsini istəyir.

F-1.az xatırladır ki, isveçli sürücü sentyabr ayında bir neçə komanda ilə danışıqlar aparsa da, böyük ehtimalla Sauber komandasında qalacaq. İsveçrə komandası 2017-ci il üçün heyətini açıqlamasa da, isveçli sürücü qərarın yaxın zamanda müəyyənləşməsini ümid edir: “Ümid edirəm ki, qərar yaxın zamanda dəqiqləşər, çünki belə olsa, işimə fokuslanmağım daha asan olar. Son yarışlar mənim üçün yaxşı keçdi və bu hal mənim yerimi qorumağa kömək edəcək.

Burada qalmaq üçün yaxşı şansım var, amma digər komandalarda boş yerlər var. Menecerim komandalarla əlaqəni kəsməyib, amma böyük ehtimalla Sauber-də qalacam”.

Jurnalistlər Erikssondan Sauber-in 2017-ci il bolidi barədə soruşublar. İsveçli sürücü bildirib ki, bolid barədə heç nə bilmir və komandadakı gələcəyi müəyyən deyil: “Bolidi görməmişəm. Komanda bolid üzərində çox işləyir, amma müqavilə imzalamadığım üçün heç nə görə bilmirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*