19 Oktyabr 2017, Cümə axşamı - 13:05

M.Çilton Byankinin qəzasına baxa bilmir

M.Çilton Byankinin qəzasına baxa bilmir

Müəllif: Rauf Hacıyev, redaktor

22:34 - 02 Fevral, 2016

Maks Çilton verdiyi müsahibədə bildirib ki, o hələ də Jül Byankinin qəzasını izləyə bilməyib…

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ildə Yaponiya QP-də qəza edib. Qəzada başından zərbə alan fransalı pilot 9 ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Maks Çilton bu qəza olduğu zaman Jül Byankinin komanda yoldaşı idi.

Britaniyalı sürücü Jül Byankinin qəzasına baxa bilmədiyini deyib: “Jülün ölümü mənə pis təsir etdi.

Peletonda ən pis, ən zəif olan komanda idik. Eyni döngədə mən də bir neçə dəfə problem yaşadım. O qəza mənim də başıma gələ bilərdi”.

24 yaşlı sürücü gələn ildən etibarən İndyCar seriyasında yarışacaq. Xatırladaq ki, keçən il Castin Uilson bu seriyada qəza edərək, dünyasını dəyişib.

Maks bu barədə də fikirlərini bildirib: “Hansı komandada yarışacağımla bağlı qərar verdiyim zaman Castin qəza edib öldü. Bu hadisədən sonra qərar verməkdə çətinlik çəkdim. Öz-özümə dedim ki, bu sənin də başına gələ bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 285
Teqlər , , ,
Paylaş

logo