18 Noyabr 2018, Bazar - 12:19

M.Brandl: “Yarışı sabah keçirmək daha məqsədəuyğundur!”

M.Brandl: “Yarışı sabah keçirmək daha məqsədəuyğundur!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:50 - 07 Aprel, 2017

Bu gün cümə sərbəst yürüşlərinin hər iki sessiyasında komandalar trasda çalışa bilməyiblər – yağış və duman təşkilatçıları nahardan sonra sessiyanı təxirə salmağa məcbur edib.

F-1.az xatırladır ki, oxşar hava şəraiti çempionat iştirakçılarını bazar günü də gözləyir və yalnız sabah, yəni şənbə günü Şanxay avtodromunda aydın səma olacaq. Formula1-in keçmiş sürücüsü, hazırda SkySport kanalında şərhçi çalışan Martin Brandl ehtimal edir ki, federasiya yarışı sabah keçirmək qərarına gələ bilər, hərçənd, hadisələrin bu cür cərəyan etməsi ağlabatan deyil.

Martin Brandl: “Bazar günü də hava proqnozu eyni havanı vəd edir, ona görə də komandalar hazırda müxtəlif variantlar təklif edirlər. Əsas problem isə teleyayım müqavilələridir.

Birinci təklif ondan ibarət idi ki, bugünkü məşqləri bir qədər sonra, yəni duman çəkiləndən sonra keçirsinlər, amma bu təklif qəbul olunmadı. Növbəti təklif isə, sabah birsaatlıq məşqlərdən sonra sıralanma turu deyil, yarışın keçirilməsidir.

Düzdür, şənbə məşqlərinin bir saat deyil, iki saat keçirilməsi də təklif olunmuşdu, amma bəzi komandalar bu təklifi elə özləri rədd etdilər.

İndi komanda rəhbərləri toplaşıb Çarlinin yanına gediblər – yəni bazar günü yarışı təxirə salmaqdansa, sabah keçirmək daha məqsədəuyğundur!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 102
Teqlər , ,
Paylaş

logo