26 Sentyabr 2018, Çərşənbə - 12:47

M.Binotto şayiələri təkzib edib

M.Binotto şayiələri təkzib edib

Müəllif: Rauf Hacıyev, redaktor

06:19 - 19 Aprel, 2017

Ferrari komandasının texniki direktoru Mattia Binotto bildirib ki, yeni bolidləri həm Fettelin, həm də Kimi Rəykkönenin sürüş tərzinə uyğundur.

F-1.az xatırladır ki, Rəykkönen ilk 3 yarışda podium görə bilməyib, amma Fettel artıq 2 yarış qazanıb və çempionatın lideridir.

Sabiq Formula1 sürücüsü Mika Salo bildirmişdi ki, Ferrari-nin yeni bolidi Rəykkönenə uyğun olmadığı üçün uğursuz nəticələr alır: “Ferrari-nin mühəndisi Cok Klia ilə danışdım və mənə dedi ki, Kimi sükan hərəkətlərinə qarşı həssas bolid istəyir. Keçən ilin sonunda bolid əsl Kiminin istədiyi kimi idi və buna görə də Fetteli məğlub edirdi”.

Amma Mattia Binotto bu xəbərləri təkzib edib: “Heç vaxt elə şey olmayıb. Bolidimiz həm aerodinamika, həm də mühərrik cəhətdən yaxşı vəziyyətdədir. Bundan başqa iki sürücümüz də Dünya Çempionudur. Kimi tezliklə yaxşı nəticələr alacaq. Bu barədə heç bir problem yoxdur”.

Sebastyan Fettel də komanda yoldaşının zəif performansını dəyərləndirib: “Testlərdə eyni gücdə idik, amma indi nəyin dəyişdiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm, çünki problemin nə olduğunu bilmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 768
Teqlər , , ,
Paylaş

logo