M.Arrivabene təyinatını dəyişir?

Ferrari komandasının başçısı Mauritsio Arrivabenenin adı Turinin Juventus futbol klubunun direktoru vəzifəsinə namizədlər siyahısına salınıb. Siyahıda adları çəkilənlərin klubun idarə heyətinə üzv, onlardan birinin isə klubun baş direktoru vəzifəsinə təyin olunması gözlənilir.

F-1.az xatırladır ki, uzun müddət “qoca sinyora”ya başçılıq etmiş Beppe Marotta bu il istefaya gedəcəyini açıqlayıb. Arrivabene isə FİAT konserninin, Ferrari şirkətinin və Juventus klubunun məxsus olduğu Exor holdinqinin sahibi Anyeli ailəsi ilə sıx münasibətdədir. Ona görə də istisna deyil ki, məhz ona komandaya başçılıq etmək həvalə olunacaq.

Exor dünən Juventus-un direktorlar şurasına daxil olacaq namizədlərin siyahısını dərc edib və bu siyahıda Arrivabenenin adı sonuncu – 9-cu yerdədir. Amma buna baxmayaraq, yerli jurnalistlər məhz Mauritsionun şansının daha yüksək olmasını bildiriblər.

İstənilən halda, əgər italiyalı mütəxəssis işini dəyişməli olsa, Ferrari komandasının rəhbərliyində ciddi dəyişikliklər olacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*