18 Dekabr 2017, Bazar ertəsi - 13:08

M.Arrivabene: “Təslim olmaq fikrimiz yoxdur”

M.Arrivabene: “Təslim olmaq fikrimiz yoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

16:08 - 13 Oktyabr, 2017

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, titul üçün riyazi şansları hələ var.

F-1.az xatırladır ki, Fettel mövsümün bitməsinə 4 yarış qalmış əsas rəqibi Həmiltondan 59 xal geridə qalır. Britaniyalı sürücü ABŞ-da Fetteldən 16 xal çox toplasa, 4-cü dəfə Dünya Çempionu olacaq.

Mauritsio Arrivabene: “Son 3 yarışda bəxtimiz gətirmədi və buna görə əlimizdən heç nə gəlmir. Bu il bir neçə dəfə Mercedes-i qabaqlaya bildik və buna görə də növbəti yarışlar üçün narahat deyilik. Ən yaxşı performansımızı göstərib yarışları qazanmağa çalışacağıq. Bolidimiz hər yarış güclənir. Heyif ki, etibarlılıq problemləri gözləmədiyimiz anlarda gəldi. Amerikada hər şeyi lehimizə dəyişdirmək istəyirik. Hələ heç nə bitməyib”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 276
Teqlər ,
Paylaş

logo