17 Dekabr 2017, Bazar - 11:58

M.Arrivabene sürücülərindən razı qalıb…

M.Arrivabene sürücülərindən razı qalıb…

Müəllif: Rauf Hacıyev, redaktor

13:44 - 12 Oktyabr, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, sürücülərinin Yaponiya yarışındakı performansından razı qalıb…

F-1.az xatırladır ki, Rəykkönen və Fettel sıralanma turunda müvafiq olaraq, 3 və 4-cü yeri tutsalar da, startda yer itirmək cəzası almışdılar. Fettel yarışa 6-cı, Rəykkönen isə 8-ci yerdən başlamalı olmuşdu.

Arrivabene bu çətinliklərə baxmayaraq, sürücülərinin yaxşı performans göstərdiyini bildirib: “Yarışın əvvəlində aldığımız cəzaları nəzərə alsaq, yaxşı performans göstərdiyimizi deyə bilərəm. Heyif ki, Sebastyanın strategiyası istədiyimiz kimi getmədi. Dövrəvi sürücülər pis yerlərdə önünə çıxırdı. Bu da işləri çətinləşdirdi. Bu problemlərlə üzləşməsəydik, yarışı Lyuisin önündə bitirə bilərdik.

Amma buradan yüksək əhval-ruhiyyə ilə ayrıldıq. Amerikaya hazır olmaq üçün işləməyə davam etməliyik”.

Arrivabene əlavə edib ki, Rəykkönen Yaponiyada tez-tez dövrəvi rekordları yeniləyib. Bu da komandanın sürətindən xəbər verir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 109
Teqlər , , , ,
Paylaş

logo