11 Dekabr 2017, Bazar ertəsi - 17:06

M.Arrivabene: “Söz-söhbətlərin səbəbi ara qızışdırmaq idi”

M.Arrivabene: “Söz-söhbətlərin səbəbi ara qızışdırmaq idi”

Müəllif: Rauf Hacıyev, redaktor

07:32 - 18 May, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, İspaniya QP-dən əvvəl çıxan söz-söhbətlətin səbəbi komanda daxilində gərginlik yaratmaq olub…

F-1.az xatırladır ki, İspaniya QP-dən əvvəl çıxan xəbərlərdə deyilirdi ki, Ferrari-nin prezidenti Sercio Markionne komandadakı vəziyyətdən razı deyil və buna görə də Markionne Arrivabeneni vəzifəsindən uzaqlaşdıraraq, yerinə Ceyms Əllisonu gətirəcək.

Qeyd edək ki, Arrivabene 2014-cü ilə Marko Matiaççini əvəz etmişdi. İtaliyalı bu söz-söhbətlərə görə əsəbidir: “Bu nağılların heç birinə qulaq asmıram. Söz-söhbətlərin əsas səbəbi komandada gərginlik yaratmaqdır. Bunun bizə faydası yoxdur.

Bunlara qulaq asmamalı və işimizə fokuslanmalıyıq”.

Arrivabene söz-söhbətlərə onun yerinə adı çəkilən namizədlərin sayı ilə zarafat edib və “Taxt Oyunu” serialını xatırlayb: “Bu söz-söhbətlərdə Mercedes-in bir işçisinin adı da çəkilirdi. Bunun kimə nə xeyri var? Heç kimə.

Sabahkı gün dedim ki, o siyahıya bir nəfərin adını qoymaq yadlarından çıxıb. Siyahıda çox adam var idi, bircə Tayron Lennister yox idi.

Bəlkə o da namizəd ola bilərdi. Ancaq onun adını yazmaq yadlarından çıxıb”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 199
Teqlər , , , , , ,
Paylaş

logo