17 Oktyabr 2018, Çərşənbə - 13:37

M.Arrivabene: “Səhv qərar verdik”

M.Arrivabene: “Səhv qərar verdik”

Müəllif: Rauf Hacıyev, redaktor

01:48 - 13 İyun, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, KanadaQP-də Sebastyan Fettel üçün seçilən iki pit-stoplu strategiya səhv qərar olub.

 

F-1.az xatırladır ki, Mclaren komandasının sürücüsü bolidini saxladıqdan sonra Virtual Təhlükəsizlik Avtomobili rejimi işləməyə başladı və bundan istıfadə edən Sebastyan Fettel pitə gələrək, təkərlərini dəyişdirdi. Mercedes komandasının sürücüsü Lyuis Həmilton isə bir pit-stoplu strategiya seçərək, pitə gəlmədi.

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene yarışdan sonra etdikləri səhv barədə danışıb: “Təkərlərin yeyilməsini gözardı etdik. Buna görə də onu pitə tez çağırdıq və bu səhv qərar idi.Bundan böyük dastan yaza bilməzdik və səhv etdik”.

Yarışı strategiya səhvi ucbatından əldən verən Fettel, Mercedes-lə eyni tempdə olduqları üçün çox xoşbəxtdir: “Həmilton bir az sürətli idi və bu problem yaratdı. Düşünürəm ki, gözəl bir həftəsonu keçirtdik. Möhtəşəm start aldım və ilk dövrə bir az çətin oldu və son döngədə bolidi trasda saxlamaqda çətinlik çəkdim.

Bütün yarış ərzində limitlərdə sürdüm. Yarışın əvvəlində fərqli strategiya seçməyə qərar verdik və planlarımıza görə yenidən birinciliyə yüksələcəkdik, amma Həmilton trasda qaldı və təkərlər bizim gözlədiyimiz kimi işləmədi. Yeni təkərlərlə fərqi bağlamaq bizim üçün çətinləşdi, amma ümumu götürsək, həftəsonu bizim üçün yaxşı keçdi. Son yarışlarda mübarizə aparırıq və indi bolidin performansının artdığını görürük. Yenidən gücləndik və doğrudan da yarışdan həzz aldım”.0


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 240
Teqlər , , , ,
Paylaş

logo