23 Oktyabr 2018, Çərşənbə axşamı - 20:35

M.Arrivabene: “Rəykkönen Monakonu sevmir”

M.Arrivabene: “Rəykkönen Monakonu sevmir”

Müəllif: Rauf Hacıyev, redaktor

22:07 - 01 İyun, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Kimi Rəykkönen Monako trasını sevmədiyi üçün burada yaşadığı uğursuzluğu bu dəfə ona bağışlayıblar.

F-1.az xatırladır ki, Rəykkönen sıralanma turunda 6-cı olsa da, ötürmələr qutusu dəyişdirildiyi üçün yarışa 11-ci yerdən başlamışdı. Rəykkönen trasın yaş olan vaxtında Grand Hotel sancağında təkərlərini bloklayarak, bariyerlərə çırpılmışdı.

Mauritsio Arrivabene: “Keçmişdən bəri tanıdığım hər sürücünün sevmədiyi bir tras var və Kimi burada bir dəfə qalib gəlsə də, trası elə də sevmir.

O həmişə olduğu kimi mövsümün qalan yarışlarında da əlindən gələnin ən yaxşısını edəcək”.

Kimi Rəykkönen: “Bu həftəsonu pis nəticə aldıq, amma növbəti yarışda daha güclü olmağa çalışmalıyıq.

İnsanlar keçən il olduğu kimi bizim yaxşı iş görmədiyimizi deyəcəklər. Qələbələrə baxanda elədir, amma bu sizə reallıqları göstərmir. Keçənilkindən daha güclü paketə sahibik və buna əminəm. Hazırda olduğumuz yerə görə xoşbəxt deyilik, amma inkişaf etmək üçün buradayıq və bu şəkildə işləməyə davam edirik.

Hər həftəsonu 1-ci və 2-ci olana qədər xoşbəxt ola bilmərik. Hədəfimiz budur və ümid edirəm ki, o nöqtəyə çatarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər , ,
Paylaş

logo