M.Arrivabene: “Rəqiblərimizdən çox şey öyrənirik”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, rəqib komandaların yeniliklərindən dərs çıxarmağa hazırdırlar.

F-1.az xatırladır ki, Ferrari bu mövsüm son 9 ildəki ən yaxşı başlanğıcı edibdir.

Mauritsio Arrivabene: “Keçən il rəqiblərə baxmaq mövzusunda dərs aldıq. Təbii ki, görünüşcə Mercedes çox təsiredicidir, buna görə də dünən Mercedes-ə baxırdıq. Ancaq eyni zamanda Red Bull-a da baxırıq. İki məktəbimiz var. Birincisi Mercedes – ora çox maraqlı, yaradıcı və təəccübləndiricidir. Digəri isə Red Bull-dur. Orada doğrudan da heç nə yoxdur, amma çox güclüdürlər. Onların nə etdiyini bilməli və özümüzü təkmilləşdirməliyik. Bu il rəqiblərimizə baxırıq. Maraqlı bir şey olanda araşdırırıq. Amma yenə də öz yolumuzdayıq və öz proqramımızla davam edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*