M.Arrivabene: “Qələbələri qeyd etmirik”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, cari mövsümdə 3 qələbə qazansalar da, arxayınlaşmayıblar

F-1.az xatırladır ki, italyanlar bu il Avstraliya, Bəhreyn və Monako yarışalarında qələbə qazanıblar. “Qırmızılar” Mühəndislər Kubokunda Mercedes-dən geridə qalsalar da, Sürücülər Çempionatında Fettellə birinci yerdədirlər. Qeyd edık ki, Ferrari Monakoda 16 ildən somra ilk dəfə qalib gəlib və 7 ildən sonra ilk dəfə dubl edib.

Mauritsio Arrivabene: “Avstraliyadan sonra qələbəni bayram etmədik. Bəhreyndən sonra da bu cür şənlik keçirmədik. Bilirdik ki, növbədə çoxlu yarışlar var. Uzun illərdən sonra Monakoda qalib gəldiyimiz üçün sevincli idik, amma sonra təqvimə baxdıq və gördük ki, hələ növbədə çox yarış var. Buna görə də başımızı aşağı salıb işləməyə başladıq. Hamı Monakodakı qələbəni qeyd edirdi və çox xoşbəxt idi. Sonra tez pitə qayıtdılar və qutuları dolduraraq, Maranelloya getdilər. Bazar ertəsi günü isə sonrakı yarışı təhlil edərək hazırlşnmağa başladılar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*