M.Arrivabene: “Qələbə adi hal kimi qarşılanmalıdır”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, gələn ildən etibarən qələbə adi hal kimi qarşılanmalıdır.

F-1.az xatırladır ki, Ferrari bu mövsüm 5 qələbə qazanıb və 2010-cu ildən sonra ilk dəfə bir mövsümü 5 qələbə ilə bağlayıb.

Mauritsio Arrivabene: “Mercedes-də təşkilatçılıq qabiliyyəti güclüdür və onlar üçün qələbə adi haldır. Bu da onların güclü tərəflərindəndir. Bəzən poul qazanarsınız və bu sensassiya kimi qarşılanar. Poul adi bir uğur olmalıdır, sensassiya yox. Qələbəyə öyrəşmək belə şeydir. Bu, xüsusi hadisə kimi qarşılanmamalıdır. Bu, gördüyünüz işin nəticəsi olmalıdır. Buna görə Mercedes-ə hörmət edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*