21 İyul 2018, Şənbə - 21:39

M.Arrivabene Mercedes-i ağ yuyub, qara sərib

M.Arrivabene Mercedes-i ağ yuyub, qara sərib

Müəllif: Rauf Hacıyev, redaktor

16:09 - 09 İyul, 2018

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene sürücüsü Rəykkönenə bacarıqsız deyən Əllisonu ağ yuyub və qara sərib.

F-1.az xatırladır ki, əvvəlcə Fransa yarışının startında Fettel arxadan Bottasa çırpılmış, daha sonra isə Britaniya yarışının startında Kimi Rəykkönen rəqibi Həmiltona təmas edərək rəqiblərini geriyə salmışdılar. Buna görə də Ferrari-nin sabiq texniki direktoru Ceyms Əllison bildirib ki, Ferrari sürücüləri ya bacarıqsızdırlar, ya da bilərək vururlar.

Mauritsio Arrivabene: “Əgər doğrudan da belə cümlə qurubsa, özündən utanmalıdır. Uzun illər Ferrari üçün işləyib. Danışığına fikir verməlidir. Biz İngiltərədəyik və bu ölkədə insanlara centlmenlik öyrətmək istəyirlər. Amma əvvəlcə bunu özləri öyrənməlidirlər. Özü də kim bacarıqsızdır? Kimi? Ceyms kimdir ki, bolidin içində oturan sürücünü mühakimə edir? Jak Vilnöv belə açıqlama versə, bunu qəbul edə bilərəm. Çünki pilotdur. Amma o adam belə danışa bilməz. Heç vaxt!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 114
Teqlər , , , , ,
Paylaş

logo