M.Arrivabene: “Kimi əsl çempion olduğunu göstərdi”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene verdiyi açıqlamada bildirib ki, Rəykkönen Macarıstanda göstərdiyi performans ilə əsl çempion olduğunu sübut edib.

F-1.az xatırladır ki, Rəykkönen komandanın səhvinə görə sıralanma turunda 14-cü yeri tutmuşdu. Ancaq finlandiyalı sürücü yarışda mükəmməl performans göstərmiş və Maks Ferstappenlə təmas yaşayıb ön qanadını qırmasına baxmayaraq, 5-ci yer uğrunda sona qədər mübarizə aparmışdı.

Mauritsio Arrivabene: “Kimi Rəykkönenin performansına görə sevinirəm. Bazar günü əsl döyüşçünü xatırlatdı”.

Rəykkönen bolidin performansından razı olsa da, sıralanma turundan narazı olduğunu bildirib: “Bolidimiz güclüdür, amma şənbə günü pis nəticə göstərdik və lazımi yerdə deyildik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*