M.Arrivabene: “Gələn il güclü olacayıq”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, insanlar 2017-ci ildə Ferrari-dən çox şey gözləyirlər və komanda bunları reallaşdırmaq üçün çox işləyir.

F-1.az xatırladır ki, Ferrari son 3 ildə ikinci dəfə mövsümü qələbəsiz başa vurub və Mühəndislər Kubokunda Mercedes və Ferrari-dən sonra üçün yeri tutub.

Amma bütün bunlara baxmayaraq, Arrivabene işlərin düzələcəyinə inanır: “2017-ci il bolidinin üzərində avqust ayından işləməyə başladıq. Xüsusən də, texniki heyət cəhətdən çox güclü olduğumuzu düşünürəm. Bu bizə kömək edəcək. İnsanlar Ferrari-dən qələbələr və çempionluq gözləyirlər. Belə də olmalıdır. Yenidən çempion olmaq üçün var gücümüzlə işləməyə davam edirik. Mattia Binotto komandaya qoşulduqdan sonra komanda çox inkişaf etdi. 2017-ci ildə də bu tempi davam etdirib, gözəl nəticələr alacağımıza inanırıq. Bazadakı işçilərin necə işlədiyini bilirəm. Ümid edirəm ki, hamını sevindirən nəticələr qazanarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*