M.Arrivabene: “Fettel Ferrari-də qalmaq üçün buna layiq olduğunu göstərməlidir”

Keçən il Red Bull-dan Ferrari-yə keçən və yeni komandasında ilk mövsümündəcə 3 qələbə qazanan Sebastyanın bu mövsüm işləri elə də yaxşı getmir. Keçən mövsümü komanda yoldaşı Rəykkönendən 128 xal irəlidə tamamlayan alman sürücü bu il bir çox yarışda qəzalar edib və hazırda Rəykkönendən 7 xal az toplayıb.

F-1.az xəbər verir ki, keçmişdə Mixael Şumaxerə etdikləri kimi, Fettelin özünə olan əminliyini artırmaq üçün ona yeni müqavilə təklif edib-etməyəcəkləri sualına komandanın rəhbəri Mauritsio Arrivabene belə cavab verib: “Özünə inamı bu formada yarada bilmərik. İndi hər şey fərqlidir. Keçmişdə Mixaelə yaxşı təsir edən şey indi Sebastyana təsir etməyə bilər. O, maşında olarkən diqqətini toplamalıdır. O, özünü işə çox həsr edən adamdır və buna görə də bəzən hər şeylə maraqlanmaq istəyir. Bizim də ona diqqətini əsas işinə – yarışmağa ayırmalı olduğunu xatırlatmağımıza ehtiyac yaranır.

Onun hazırda bizimlə müqaviləsi var. Bu il və gələn il birlikdə çalışacayıq. Gələn mövsüm baş verəcəklərdən də çox şey asılıdır. Hamımızın hədəflərimiz var. Mənim, komandanın, Sebastyanın… Buna görə də hamı tutduğu yerə və aldığı maaşa layiq olmalıdır”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*