M.Arrivabene: “Ferrari Formula E-də çıxış etməyəcək”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene şirkət prezidenti Sercio Markionnenin sözlərinə baxmayaraq, Ferrari-nin Formula E-də yarışacağına inanmır.

F-1.az xatırladır ki, Sercio Markionne bildirmişdi ki, Ferrari son illərdə məşhurlaşan Formula E-də çıxış edə bilər.

Mauritsio Arrivabene
: “Ferrari-nin investisiya strategiyası mənim nəzarətimdə deyil. Markionne Formula E barəsində açıq fikirdədir. Hazırda Ferrari-nin proqramında elə bir şey yoxdur. Ferrari olaraq Formula1-də hibrid sistemində təcrübə qazanırıq.

Doğru strategiyaya qərar vermək mənim işim deyil, amma Formula E-nin düzgün strategiya olacağını zənn etmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*