15 Dekabr 2017, Cümə - 23:50

M.Arrivabene: “Əhvalımızı yüksək tutmalıyıq”

M.Arrivabene: “Əhvalımızı yüksək tutmalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

08:19 - 16 May, 2017

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, İspaniyada qalib gələ biləcəkləri yarışda ikinci olsalar da, motivasiyaları aşağı düşməyəcək.

F-1.az xatırladır ki, Fettel startda birinci yerə yüksəlsə də, Mercedes daha yaxşı strategiya seçmiş və Həmilton 29 yaşlı sürücünü geridə qoymuşdu.

Mauritsio Arrivabene: “Yarışda hər şey təkərlərdən asılı idi. Strategiya cəhətdən səhv etdiyimizi düşünmürəm. Sadəcə Bottası geridə qoymaq düşündüyümüzdən uzun çəkdi və Lyuis bunu yaxşı dəyərləndirərək aradakı fərqi azaltdı. Medium təkərlər Soft-lara nisbətən yavaş olduğu üçün sonuncu pitdən sonra geriyə düşdük. Yarışınasonuna yaxın Soft təkərlərin yeyilməsini gözləyirdik, amma alınmadı və qələbəni əldən verdik. Amma nəticəni qəbul edərək, növbəti yarışları düşünməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 267
Teqlər , , ,
Paylaş

logo