M.Arrivabene: “Daha səhv etməməliyik”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Mercedes-i məğlub etmək üçün az səhv etməli və 2017-ci ildəkindən daha güclü olmalıdırlar.

F-1.az xatırladır ki, italyanlar Fettellə mövsümün ilk yarısından sonra lider olsalar da, yay fasiləsindən sonra etdikləri kobud səhvlərlə hər iki cəbhədə çempionluğu əldən vermişdilər.

Mauritsio Arrivabene: “Əvvəlcə Mercedes-i təbrik edirəm. Həm sürücülər, həm də Mühəndislər Kubokunda layiqli qələbə qazandılar. Bu il onları qabaqlamaq istəyirik. Komandada hər şey var. Sadəcə səhvsiz bir mövsüm keçirməliyik. Hamı çox işləsə də, hər şeyə nəzarət etmək olmur. Yay tətilindən sonra etibarlılıq problemləri bizi məyus etdi. Bu il eyni problemləri yaşamamaq üçün çox işləməliyik. Mən bəxtə inanmıram. Reallıqlara inanıram. Formula1-də reallıq isə qazanılan xallardır. Bu xalları isə bəxt qazanmır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*