M.Arrivabene: “Bəziləri danışır, biz qalib gəlirik”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene qələbəyə görə xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, Sebastyan Fettel Avstraliyada virtual təhlükəsizlik maşınının köməyi ilə qalib gələrək, “qırmızı”lara vacib qələbə qazandırmış, Kimi Rəykkönen isə 3-cü olmuşdu.

Mauritsio Arrivabene: “Bu, Ferrari-nin qələbəsidir. Xoşbəxtik, amma sakitliyimizi qorumalıyıq. Hələ qarşıda 20 yarış var. Amma bir tərəfdə danışanlar, digər tərəfdə iş görənlər var. Mən həmişə xalların bazar günü paylandığını demişəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*