M.Andretti yeni Formula1-i dəstəkləyir

Amerikalı yarış əfsanəsi olan Mario Andretti bildirib ki, o müasir Formula1-in tənqid edilməsini düzgün saymır...

F-1.az xatırladır ki, Andretti 1978-ci ildə Formula1 üzrə Dünya Çempionu titulunu qazanıb və karyerası ərzində NASCAR, Le Man, İndyCar kimi müxtəlif seriyalarda çıxış edib.

Andretti müasir Formula1 barədə fikirlərini bildirib: “İnsanlar həmişə “heyf deyildi keçmiş dövr” deyirlər, amma mən həmişə gələcəyə baxıram. F1 bu gün möhtəşəmdir. Bütün Dünyada Formula1-ə maraq var və texnologiya son həddədir.

Keçmişdə böyük pilotlar var idi, ancaq illər keçir və dövr dəyişir. 30 yaş cavan olub, pilot kimi çıxış etmək üçün çox şey qurban verərdim.

Müasir Formula1-ə haqsızlıq edirlər. Keçmiş dövrlərə nisbətən dəyişən tək şey odur ki, biz daha təhlükəli maşınlarda və traslarda yarışırdıq”.

Andretti mühərriklərin gücləndirilməsi ilə bağlı fikirləri də dəstəkləyir: “Hansı pilotdan soruşsanız deyəcək ki, güclü maşın sürmək istəyir. Bu eyni zamanda fanlar üçün də çox vacibdir. Fanlar sürətli maşınlar görmək istəyir. Sürücülər çətin idarə olunan maşınlarla istedadlarını göstərə bilərlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*