M.Andretti: “Ştayner başından böyük danışıb”

Əmerikalı Formula1 əfsanəsi Mario Andretti bildirib ki, Haas komandasının rəhbəri Günter Ştayner başından böyük danışıb.

F-1.az xatırladır ki, Günter Ştayner amerikalı sürücülər barədə “Formula1-də yarışmağa hazır deyillər” demişdi.

Mario Andretti: “Amerikalı sürücülər güclüdürlər və bunu bilmək üçün Ştaynerin razılığına ehtiyacımız yoxdur. Xüsusən də, İndyCar-dakı pilotlarımız mükəmməldirlər. Amma mən onların burada qalmasını istəyirəm. Nəticədə İndyCar-da mübarizə daha gərgindir. Daha əvvəl amerikalı sürücülərlə işləməmiş birisinin belə danışması gülməlidir. Başından böyük danışıb və görək bununla bağlı nə edəcək. Haas Amerikanın komandası olduğu üçün bu mövzuda daha diqqətli olmalı idilər. Səhv danışıblar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*