M.Andretti: “Helmut Marko düzgün qərar qəbul etdi”

Sabiq Formula1 sürücüsü və Dünya Çempionu Mario Andretti Ferstappenə təriflər yağdırıb...

F-1.az xatırladır ki, Ferstappen Red Bull ilə çıxdığı ilk yarışda əla performans göstərmişdi və karyerasındakı ilk qələbəni qazanmışdı.

Mario Andretti Ferstappeni Sebastyan Fettelə oxşadıb: “Keçən il Toro Rosso-da yarışmağa başladıqdan sonra özünü həmişə yaxşı tərəfdən göstərdi. Sebastyan Fettel kimi Toro Rosso-nu qabağa apardı. Heç kim inanmazdı ki, Fettel Toro Rosso ilə qalib gələr. Amma o, dəyişkən hava şəraitində özünü göstərərək, qalib gəlmişdi. İndi də Maks eynisini təkrarlayır.

Bu səviyyədə olan istedadlı sürücülər çox azdır. Bu mənim üçün tez alışan od deyil.

İspaniyada mükəmməl iş gördü. Əlinə düşən bütün fürsətlərdən maksimum istifadə etdi və qalib gəldi.

Təbii ki, Helmut Markonun qərarı müzakirə olundu. Amma mən bu qərarın doğru olduğunu düşünürəm. Onsuz da, doğru qərar verildiyi açıq-aşkar görünür”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*