17 Avqust 2018, Cümə - 07:38

Lyuis Həmilton “İlin Sürücüsü” seçilib

Lyuis Həmilton “İlin Sürücüsü” seçilib

Müəllif: Elçin Zodorov, redaktor

16:15 - 30 Noyabr, 2016

Səsvermə AutoSport tərəfindən çempionatda iştirak edən komanda başçıları arasında keçirilib – hər bir kəs 10 ən yaxşı sürücünü yazmalıdır, sürücülər siyahıdakı yerinə görə çempionatdakı kimi xal qazanırlar.

F-1.az xatırladır ki, əldə etdiyi ardıcıl iki tituldan sonra 2016-cı ilə uğursuz başlayan Lyuis Həmilton komanda yoldaşı Niko Rosberqin çempionluğuna mane ola bilməmişdi. Lakin komanda rəhbərləri britaniyalını ilin ən yaxşısı hesab ediblər. Səsvermə gizli keçirilib və Lyuis mümkün 275 xaldan 234-nü qazanaraq ardıcıl üçüncü dəfə bu ada layiq görülüb.

Maraqlıdır ki, komanda başçıları Maks Ferstappenin builki çıxışını yeni dünya çempionundan üstün dəyərləndiriblər…

Səsvermənin nəticələrinə əsasən formalaşmış ilk onluğu təqdim edirik.

YerSürücüKomandaSəs
1Lyuis HəmiltonMercedes AMG234
2Maks FerstappenRed Bull183
3Niko RosberqMercedes AMG176
4Daniel RikkardoRed Bull133
5Sebastyan FettelFerrari90
6Fernando AlonsoMcLaren67
7Kimi RəykkönenFerrari61
8Serxio PeresForce İndia52
9Valtteri BottasWilliams26
10Karlos SaynsToro Rosso25

 

Səsvermədə iştirak edənlər: Toto Vollf (Mercedes AMG), Kristian Horner (Red Bull), Mauritsio Arrivabene (Ferrari), Vicey Malya (Force İndia), Kler Uilyams (Williams), Erik Bulye (McLaren), Frants Tost (Toro Rosso), Günter Ştayner (Haas), Frederik Vassyör (Renault), Monişa Kaltenborn (Sauber) və Deyv Rayan (Manor)

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 329
Teqlər , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo