15 Dekabr 2017, Cümə - 21:46

Lyuis Həmilton 1 nömrə ilə çıxış etməyəcək

Lyuis Həmilton 1 nömrə ilə çıxış etməyəcək

Müəllif: Rauf Hacıyev, redaktor

14:25 - 11 Fevral, 2016

Keçən il Dünya Çempionu titulunu qazanan Lyuis Həmilton 1 nömrəni seçmək hüququna malik olsa da, o bundan yenə də imtina edib – britaniyalı sürücü üçüncü il ardıcıl olaraq 44 nömrə ilə yarışacaq…

F-1.az xatırladır ki, 2014-cü ildə çıxan qaydalara əsasən sürücülər 2-99 rəqəmlərindən birini seçərək,karyeraları boyu həmin nömrə ilə çıxış edirlər. Yalnız Dünya Çempionu titulunu qazanmış sürücü 1 nömrəni seçmə hüququna malikdir.

Amma Lyuis Həmilton 2014-cü ildə çempion olmasına baxmayaraq, 1 nömrəni seçməmişdi və 44 nömrəli maşında yarışmağa davam etmişdi.

Britaniyalı sürücü 2015-ci ildə də çempion oldu, amma o bu il yenə də 44 nömrə ilə yarışacaq.

31 yaşlı sürücü keçən il 44 nömrəni seçməsi ilə bağlı demiş ki, “mənim nömrəm 44-dür. Kartinqdə ilk çempionluğumu 44 nömrə ilə qazanmışam”.

Qeyd edək ki, Jül Byanki dünyasını dəyişəndən sonra FİA ona məxsus olan 17 nömrəni seçimdən çıxarıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər , , ,
Paylaş

logo