Lotus-un yeni şassisi E20 indeksi alıb (video)

Fevralın 5-də yeni maşınını internetdə göstərməyə hazırlaşan Lotus komandası azarkeşlərin marağını daha da qızışdırmaq niyyətilə rəsmi saytında çox original videoçarx […]

Fevralın 5-də yeni maşınını internetdə göstərməyə hazırlaşan Lotus komandası azarkeşlərin marağını daha da qızışdırmaq niyyətilə rəsmi saytında çox original videoçarx yerləşdirib, videoçarxa baxarkən səsi maksimuma qaldırın:

Tizerdən belə başa düşülür ki, Lotus-un yeni şassisi Е20 adlanacaq. Komanda bunu Ənstounda hazırlanmış 20-ci şassi olması ilə əlaqələnirib – 1992-ci ildə hələ Benetton adlanan komanda bu bazaya köçüb. İstənilən halda 2003-cü ildə R23-lə başlayan indeks ardıcıllığı başa çatıb. Əlbəttə, 1981-ci ildə çempionatda Toleman adı altında debüt edən komanda, 1986-2001-ci illərdə Benetton, 2002-2010-cu illərdə Renault adlanıb, komandanın yeni sahibləri 2011-ci ildə Lotus Renault GP komandası ilə çempionata qatılıblar – bu ildən isə komanda sadəcə Lotus adlanacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*