Lotus-un məsələsinə görə genişmiqyaslı araşdırma təyin olunub

Hakim Piter Smit qərara alıb ki, Group Lotus və Team Lotus komandasının məxsus olduğu 1Malaysia Racing şirkəti arasındakı anlaşılmazlığı yalnız […]

Hakim Piter Smit qərara alıb ki, Group Lotus və Team Lotus komandasının məxsus olduğu 1Malaysia Racing şirkəti arasındakı anlaşılmazlığı yalnız genişmiqyaslı araşdırma həll edə bilər…

Xatırladaq ki, bu gün London Ali Məhkəməsi konkret bir məsələni – Toni Fernandesə komandasının adında Lotus brendindən istifadə etəməyə imkan verən Group Lotus1Malaysia arasındakı lisenziyalı anlaşmanın vaxtından əvvəl pozulmasının qanunauyğun olmasını araşdırmalı idi. Amma işlə tanış olan hakim qərara alıb ki, məsələni daha dərindən öyrənsin və növbəti proses martın 21-nə təyin olunub.

Beləliklə, növbəti məhkəmə prosesi mövsümün birinci fazasına qara yaxa bilər, axı mövsüm martın 13-də başlayacaq.

Autosport-un bildirdiyinə görə, hakim 10 günə prosesi baaş vurmaq fikrindədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*