Lotus Renault iki təqdimat keçirəcək

Formula1-də 2011-ci ilin dünya çempionatı başlamazdan əvvəl Lotus Renault komandası iki təqdimat keçirəcək. Gələn həftə İngiltərənin Birmingem şəhərindəki Autosport İnternational […]

Formula1-də 2011-ci ilin dünya çempionatı başlamazdan əvvəl Lotus Renault komandası iki təqdimat keçirəcək. Gələn həftə İngiltərənin Birmingem şəhərindəki Autosport İnternational sərgisində gələcək maşının rəng çalarları nümayiş olunacaq, yeni şassi isə jurnalistlərə Valensiyada yanvarın 31-də göstəriləcək.

Valensiyada Rikardo Tormo adına avtodromda fevralın 1-3-də mövsümöncəsi testlərin ilk seriyası start alacaq. Ona görə də Valensiyada McLaren, Sauber, Red Bull, Toro Rosso və Lotus komandaları da öz maşınlarını təqdim edəcəklər. Ferrari təqdimat mərasimini yanvarın son həftəsinə təyin edib, mərasim isə ənənəvi olaraq Maranelloda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*