23 Fevral 2018, Cümə - 14:18

Lotus Renault GP-nin maliyyə problemləri var?

Lotus Renault GP-nin maliyyə problemləri var?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:35 - 28 May, 2011

Almaniyanın Auto Motor und Sport dərgisinin jurnalisti Mixael Şmidt Lotus Renault GP komandasının maliyyə problemlərindən xəbər verib. Komandanın adında iki […]

Almaniyanın Auto Motor und Sport dərgisinin jurnalisti Mixael Şmidt Lotus Renault GP komandasının maliyyə problemlərindən xəbər verib. Komandanın adında iki avtoistehsalçının olmasına baxmayaraq, formal olaraq komanda onların heç birinə aid deyil. Group Lotus komandanın sponsoru, Renault isə motor təchizatçısıdır, Lotus Renault GP isə Jerar Lopes və onun fonduna məxsus şəxsi komandadır.

Şayiələrə görə, komanda rusiyalı sponsorlardan böyük vəsaitlərə ümid edirmiş, Robert Kubitsanın qəzasından sonra isə digər şirkətlərin də komandaya marağı azalıb – Şmidt təkid edir ki, ancaq motor təchizatına görə komanda Renault şirkətinə on milyon Avro borcludur, ona görə də Lopes komandanın səhmlərinin böyük bir hissəsini Group Lotus-a satmağı düşünür.

Qeyri-rəsmi məlumatlara görə, gələn il komanda çempionata Cosworth motorları ilə çıxacaq – məhz buna görə də Renault özünə yeni müştəri axtarır və çox güman ki, yeni komanda Williams olacaq.

Rəsmən bu problemlər təsdiq olunmayıb, amma bir neçə aydan sonra rəsmən motor təchizatı üzrə müqavilələr təsdiqlənərkən hər şey məlum olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 109
Teqlər
Paylaş

logo