Lotus Kuala-Lumpurda azarkeşləri əyləndirəcək

Əfsanəvi adı olan komanda üçün Sepanq trasındakı növbət Qran Pri mövsümün əsas yarışı olacaq. Axı indi Lotus Malayziyanın milli fəxridir. […]

Əfsanəvi adı olan komanda üçün Sepanq trasındakı növbət Qran Pri mövsümün əsas yarışı olacaq. Axı indi Lotus Malayziyanın milli fəxridir. Layihə bu dövlətin vəsaiti hesabına reallaşıb, hərçənd, komandanın bazası Böyük Britaniyadadır.

Ona görə də təəccüblü deyil ki, bu gün Lotus komandası azarkeşlər üçün böyük şou keçirəcək. Kuala-Lumpurun mərkəzində bütün arzu edənlər təkcə komandanın rəhbərliyini və sürücülərini (aydın məsələdir ki, yerli sürücü Fayruz Fauzi də daxil olmaqla) deyil, həm də T127 yarış maşınını görə biləcəklər. Fəxri qonaqların uzun siyahısında isə ölkənin keçmiş baş naziri Tun Mahatirin də adı var, məhz onun təəssübkeşliyi ilə Malayziya Qran Prisi reallaşıb.

S.M.Nasarudin, komandanın başçısının müavini: “Biz gözləyirik ki, qarşıdakı Sepanq yarışında Lotus parlaq çıxışı ilə yadda qalacaq. Melburnda Heykki Kovalaynen on üçüncü oldu, bir xaldan onu cəmi 3 yer ayırırdı, bu isə komandaya ev yarışı ərəfəsində böyük inam verib. Biz fəxr edirik ki, Kuala-Lumpurun ürəyindəyik və öz sevincimizi bütün ölkə əhli ilə bölüşürük. Lotus Cosworth T127 ilk dəfə olaraq doğma torpağa qədəm qoyur. Biz azarkeşlərə məhz bu uik-end trasa çıxacaq şassini göstərəcəyik. Bu Formula1 maşınını yaxından görmək üçün nadir imkandır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*