22 Oktyabr 2017, Bazar - 23:12

Lotus komandasında rəhbər dəyişikliyi təsdiqlənib

Lotus komandasında rəhbər dəyişikliyi təsdiqlənib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:13 - 09 Yanvar, 2016

Lotus komandası Renault şirkətinin nəzarəti altına keçdikdən sonra rəhbər vəzifələrdə kadr dəyişikliyi rəsmən təsdiq olunub…

Renault Sport-un başçısı  Siril Abitebul və Renault Group-un  maliyyə əməliyyatları şöbəsinin başçısı Tyeri Konye hələ dekabrın 18-də direktorlar şurasında komandanın keçmiş həmsahibi Erik Lyuksu və komandanın sərmayədarı Əndryu Ruhanı əvəz etmişdilər – bu gün bu əvəzləmələr rəsmən təsdiq olunub.

F-1.az bildirir ki, komandaya kimin rəhbərlik etməsi barədə və komandanın strukturu haqqında fevrala təyin olunmuş mətbuat konfransında məlumat veriləcək. Şayiələrə görə, konsernin başçısı Karlos Qon Alen Prostun namizədliyini dəstəkləyir. Dördqat dünya çempionundan başqa Bob Bell və Frederik Vassyörün adları hallanır – sonuncu variant isə daha məntiqli görünür…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər , , , , , , , , ,
Paylaş

logo