Londonda S.Uotkinsin xatirəsi anılıb

Cümə günü Londonun Marliboun kilsəsində Formula1-də təhlükəsizliyin artırılması üçün əlindən gələni etmiş və bir çox sürücülərin həyatını xilas etmiş professor […]

Cümə günü Londonun Marliboun kilsəsində Formula1-də təhlükəsizliyin artırılması üçün əlindən gələni etmiş və bir çox sürücülərin həyatını xilas etmiş professor Sid Uotkinsin xatirəsi anılıb.

Uotkins keçən ilin sentyabrında dünyasını dəyişmişdi və bu gün qarlı havaya baxmayaraq Londonda onun xatirəsini anmaq üçün 300 adam toplaşıb. Toplaşanlar arasında tanınmış simalar da olublar: Ceki Styuart, Con Sörtiz, Stirlinq Moss, Codi Şekter, Con Uotson, Patrik Hed, Dəymon Hill, Jan Todt, Ron Dennis və başqaları.

Ceki Styuart: “Təəssüf ki, mən bu cür çoxlu anım mərasimlərinə qatılmalı olmuşam. Amma professor Uotkins olmasaydı, bu cür mərasimlərin say qat-qat çox olardı…”

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*