L.Kolayanni: “Komanda Felipeyə tam etimad göstərir”

İspaniya Qran Prisinin finişindən sonra Ferrari komandasının başçısı Stefano Domenikali demişdi ki, Felipe Massa artıq Monakoda dönüş etməli və yaxşı […]

İspaniya Qran Prisinin finişindən sonra Ferrari komandasının başçısı Stefano Domenikali demişdi ki, Felipe Massa artıq Monakoda dönüş etməli və yaxşı nəticələr göstərməlidir. Britaniya mətbuatı bu kəlmələri braziliyalı sürücüyə son şansın verilməsi kimi qiymətləndirmişdi, amma Skuderiyanın mətbuat xidmətinin başçısı Luka Kolayanni bu ittihamları təkzib edib…

Luka Kolayanni: “Komanda Felipeyə tam etimad göstərir, o cümlədən şirkətin prezidenti Luka di Montedzemolo. Biz hələ 2013-cü il mövsümü üçün sürücülər heyətini müəyyən etməmişik, amma Felipeni namizədlər siyahısından istisna etmirik.

Çində Felipe Fernandodan cəmi 5 saniyə sonra 13-cü olmuşdu. Bəhreyndə Felipe doqquzuncu olmaqla komanda yoldaşına 9 saniyə uduzmuşdu. Gördüyünüz kimi Felipe elə də çox geri qalmır.

Barselonada Felipe sıralanma turunda trafikə düşdü, yarışda yaxşı start aldı, beş rəqibini keçdi, Mark Uebber və Censon Battonla mübarizə apardı. Aldığı cərimə son nəticəyə pis təsir etdi. Əgər pit-leyndən keçmək olmasaydı, bizim hesablamalara görə Massa 8-ci və ya 9-cu yeri tutmalıydı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*