20 Noyabr 2017, Bazar ertəsi - 07:53

Liberty Media yeni maşınların təqdimatını eyni gündə təşkil etmək istəyir

Liberty Media yeni maşınların təqdimatını eyni gündə təşkil etmək istəyir

Müəllif: Elçin Zodorov, redaktor

06:18 - 29 İyun, 2017

Formula1-in yeni sahibi 2018-ci ildə qış testlərindən əvvəl böyük şou təşkil etməyi planlaşdırır. Orada bütün komandalar yeni maşınlarını təqdim etməlidirlər. Beləliklə, ayrı-ayrı təqdimatlara ehtiyac qalmayacaq. Sürücülər də həmin tədbirdə iştirak etməli olacaqlar.

F-1.az xəbər verir ki, tədbirin keçiriləcəyi yer hələ məlum deyil. Lakin çox güman ki, vahid təqdimat mərasimi testlərin təşkil olunacağı Barselonada baş tutacaq. Ehtimal olunur ki, azarkeşlər üçün bu tədbirə giriş sərbəst olacaq.

Xatırladaq ki, son illərdə komandalar maşınlarını ayrı-ayrılıqda təqdim edirdilər. Bəziləri isə virtual təqdimata üstünlük verir, testlərdən əvvəl yeni maşının bir neçə şəklini paylaşmaqla kifayətlənirdilər. Təklif olunan format maşınların rəsmi təqdimatına yeni nəfəs verə bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 291
Teqlər ,
Paylaş

logo