12 Dekabr 2017, Çərşənbə axşamı - 03:04

Liberty Media-nın səhmdarları Formula1-in alınmasına razılıq veriblər

Liberty Media-nın səhmdarları Formula1-in alınmasına razılıq veriblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:12 - 18 Yanvar, 2017

Dünən axşam Liberty Media şirkətinin səhmdarlarının iclasında Formula1-in satın alınmasına razılıq verilib. Söhbət CVC Capital Partners investisiya şirkəti ilə sövdələşmədən gedir və çempionatın iqtisadiyyatına formal nəzarəti həyata keçirən Delta Topco şirkətinin səhmlərinin 100% alınmasını nəzərdə tutur.

Səhmdarlar Formula1-in satın alınması ilə əlaqədar C seriyalı səhmlərin buraxılması təklifini də dəstəkləyiblər. Eyni zamanda, qərara alınıb ki, şirkətə məxsus olan Media GroupLiberty Media Common Stock şirkətləri bundan sonra Formula One Group və Liberty Formula One Common Stock adlansınlar.

F-1.az xatırladır ki, keçən ilin sonunda Liberty Media şirkəti sərmayədar qrupunun köməyi ilə çempionatın inkişafına 1.5 milyard dollar cəlb edərək antiinhisar təşkilatları tərəfindən zəruri icazəni almışdı. İndi sadəcə FİA-nın icazəsini almaq lazımdır – axşam bu məsələ ilə bağlı Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclası keçiriləcək.

Sövdələşmə bu ilin ilk rübünün sonuna qədər tam başa çatmalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 329
Teqlər , , , , , , ,
Paylaş

logo