L.Həmiltonun qəzasına səbəb təkər diskinin sınması olub

McLaren komandası təsdiq edib ki, Lyuis Həmiltonun İspaniya Qran Prisinin sondan əvvəlki dövrəsindəki qəzasına səbəb maşının sol ön təkər diskinin […]

McLaren komandası təsdiq edib ki, Lyuis Həmiltonun İspaniya Qran Prisinin sondan əvvəlki dövrəsindəki qəzasına səbəb maşının sol ön təkər diskinin sınması olub. Trasın sürətli Renault döngəsində britaniyalı sürücünün MP4-25-də problem əmələ gəlib, maşın trasdan çıxıb və qoruyucu baryerlərə çırpılıb. Komandanın başçısı Martin Uitmarş bildirib ki, insidentin araşdırılması davam edir, çünki diskin sıradan çıxma səbəbi hələ də məlum deyil…

Martin Uitmarş: “Dünən dağılmış diskin hissələri komandanın bazasına gətirilib və Bridgestone nümayəndələri ilə birlikdə biz araşdırmaya başladıq. Əvvəldən də bildirmişdik ki, təkərin deşilməsi və ya zədələnməsi versiyaları istisna edilmişdi və biz hamımız təkər diskinin sıradan çıxmasının şahidi olduq.

Diskin sınması səbəbi isə hələ də araşdırılır. Bəlkə ora nəsə düşüb, bəlkə qayka yaxşı bərkidilməyibmiş, bu isə deformasiyaya səbəb olub. Biz sadəcə bilirik ki, disk sınıb – çox güman ki, hansısa insan səhvinin nəticəsində, bu isə təkərlərdə təzyiqin aşağı düşməsinə və qəzaya səbəb olub.”

Həmilton qəza nəticəsində xal toplaya bilməyib və beş yarışdan sonra çempionatda 6-cı yeri tutur, çempionatın lideri və komanda yoldaşı Censon Battonda 21 xal geri qalır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*