L.Həmiltonun komanda ilə radiodanışıqları

FİA-nın stüardlarının yaydıqları bəyanata Lyuis Həmiltonun komandası ilə Avstraliya Qran Prisinin son dövrələrindəki radiodanışıqların mətni də əlavə olunub… Komanda (K): […]

FİA-nın stüardlarının yaydıqları bəyanata Lyuis Həmiltonun komandası ilə Avstraliya Qran Prisinin son dövrələrindəki radiodanışıqların mətni də əlavə olunub…

Komanda (K): Lyuis, əmin olmaq lazımdır ki, TM qarşıdadır, ötmək olmaz. Ötmə qadağandır!

Lyuis Həmilton (LH): İkinci döngədə Toyota trayektoriyadan çıxdı, bu normaldır?

K: Qəbul etdik, Lyuis. Təqsdiq edəcəyik və əlaqəyə qayıdacayıq.

LH: O trasdan kənara çıxıb, o dövrəyə geniş girib.

K: Lyuis Toyota-nı irəli buraxmaq lazımdır. Onu indi burax.

LH: Ok.

LH: O düz mənim qabağımda yavaşıdı.

K: Ok, Lyuis. Yerini qoru, biz Çarli (yarış dierktoru Çarli Uaytinq) ilə danışarıq.

LH: Mən artıq onu buraxdım.

K: Ok, Lyuis. Hər şey qaydasındadır. Yerini qoru. Yerini qoru.

LH: Çarliyə deyin ki, mən onu keçmişdim və sonra yerimi geri qaytardım.

K: Başa düşürəm, Lyuis, biz yoxlayırıq. Sarı G5-i işə sal, sarı Golf5.

LH: Mən onu buraxmalı deyildim, mən yerimi qaytarmalıyam, əgər o səhv edibsə.

K: Bəli, biz başa düşürük, Lyuis. Biz kitaba baxırıq. Biz Çarliyə sual vermişik. Hazırda sən dördüncüsən, yerini qoru.

K: Lyuis, KERS doludur, KERS doludur. Hazır ol. Qara F2-yə qayıtmaq olar, qara Fosktrot2.

LH: Çarlidən məlumat var, mən yerimi qaytara bilərəm?

K: Biz cavab gözləyirik, Lyuis, hələ gözləyirik.

K: Lyuis, əyləclərlə işlə, ön əyləclər soyuyub.

K: Əgər KERS-dən istifadə etsən yaxşı olar. Əgər KERS-dən istifadə etsən, indi et.

K: Ok, Lyuis, bu sonuncu dövrədir. Dövrənin sonunda TM trası tərk edəcək, siz sadəcə ötməsiz finiş xəttini keçin, ötməsiz. Biz Trulli ilə məsələni öyrənirik, sadəcə yerini qoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*