L.Həmilton: “Ümid edirəm ki, Hindistan Qran Prisi qışda keçiriləc

Bu uik-end Lyuis Həmilton Nyu Dehlidə Dehli VI və Vodafone VI komandaları arasında kriket üzrə yoldaşlıq oyununda iştirak edib, oyundan […]

Bu uik-end Lyuis Həmilton Nyu Dehlidə Dehli VI və Vodafone VI komandaları arasında kriket üzrə yoldaşlıq oyununda iştirak edib, oyundan sonra isə Formula1 barədə danışıb…

Lyuis Həmilton: “Burda həmişə belə istidir? İnanılmazdır, ümid edirəm ki, Hindistan Qran Prisi qışda keçiriləcək. Rütubətli və isti havada keçirilən yarışlar həmişə çətin olur, biz finişdən sonra dörd kiloqram itiririk, Macarıstanda mən iki kiloqrama qədər itirmişdim, amma burda çox rütubətlidir.

Məncə, Force İndia bu mövsüm ilk xallarını qazanacaq, komanda rəqabətədavamlı maşın qurub, yarışlarda da maşın sürətlidir. Mən bilirəm ki, AVropa QRan Prisinə maşın yenilənəcək və ümid edirəm ki, Adrian Sutil uğur qazanacaq.

Massanın Hunqarorinqdə qəzası bir daha təsdiq etdi ki, bizim idmanda təhlükəsizliyin artırılması üşün ciddi işlərə baxmayaraq həmişə risk var. İndi mənim fikirlərim Massa və onun ailəsinin yanındadır, mən şadam ki, onun səhhəti barədə şad xəbərlər alırıq.

Mən Valensiya yarışını səbirsizliklə gözləyirəm, Mixael Şumaherlə yarışmaq imkanı olacaq. Mövsümün əvvəlində biz keçənilki mübarizənin qurbanı olduq, keçən il komanda bütün diqqətini maşının təkmilləşdirilməsinə yönəltmişdi, rəqiblərimiz isə yeni maşın üzərində işləyirdilər. Nəticədə biz yarım il gecikdik, indi isə yenidən mübarizəyə qayıtmışıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*