17 Oktyabr 2018, Çərşənbə - 05:42

L.Həmilton: “Ümid edirəm ki, Alonso haqlı idi”

L.Həmilton: “Ümid edirəm ki, Alonso haqlı idi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:10 - 27 Yanvar, 2013

Lyuis Həmiltonun Fernando Alonso ilə rəqabəti 2007-ci ildən başlayıb, o zaman çempionatın və McLaren komandasının gənc debütantı ikiqat dünya çempionu […]

Lyuis Həmiltonun Fernando Alonso ilə rəqabəti 2007-ci ildən başlayıb, o zaman çempionatın və McLaren komandasının gənc debütantı ikiqat dünya çempionu olan komanda yoldaşına layiqli müqavimət göstərmişdi. Amma bu mübarizənin nəticəsi acı olmuşdu – hər iki sürücü eyni miqdar xal toplayaraq çempionatda titulu Kimi Rəykkönenə bir xalla uduzmuşdular, komanda isə casusluq qalmaqalına görə Mühəndislər Kubokunda bütün xallarından mərhum olmuşdu və Alonso Renault komandasına qayıtmışdı.

Həmin vaxtdan sürücülər bir neçə dəfə deyiblər ki, bir-birlərinə qarşı düşmən mövqedə deyillər, bir neçə gün əvvəl isə Fernando Lyuisi özünün ən əsas rəqibi adlandırıb – baxmayaraq ki, Lyuis Mercedes AMG komandasına keçib və bu il titul uğrunda mübarizə aparması ehtimal olunmur.

Britaniyanın Mirror qəzetinə müsahibə verən Həmilton bildirib ki, Alonso ilə qələbə uğrunda uzunmüddətli duelini davam etdirmək istəyir…

Lyuis Həmilton: “Mən də bizim duelimizi davam etidrmək istəyirəm. Əlbəttə, Fernando ilə mübarizə aparmağa imkan verən maşınım olsa, əla olardı. Ümid edirəm ki, Alonso haqlıdır – mən onun əsas rəqibiyəm. Mən ondan belə pozitiv çərhlər eşitməyə şadam, mən onu sürücü kimi həmişə yüüksək dəyərləndirmişəm. Bizim hər ikimizin inkişaf etdiyini görmək çox xoşdur – bu zaman biz bir-birimizə hörməti də unutmuruq. Mən onun haqqında həmişə müsbət fikirdə olmuşam.

2007-ci ildə biz problemlər yaşadıq, bir çox faktirlar bizə mane oldular, elə biz özümüz də mübarizə fonunda bir-birimiz haqqında xoşagəlməz sözlər danışdıq, amma indi biz daha çox ünsiyyətdə oluruq. Mən böyümüşəm, çox şey öyrənmişəm, o cümlədən, böyüklərə hörmət etməyi də.

O zaman mən sadəcə şad idim ki, Formula1-ə düşmüşəm, düşünürdüm ki, hamıya göstərməliyəm ki, qələbə qazana bilərəm. İndi isə mənə sadəcə potensialımı göstərmək lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 218
Teqlər , , , , , ,
Paylaş

logo