L.Həmilton: “Sebastyan gələcəyin ulduzudur”

Sebastyan Fettel sözsüz ki, bu il bizi təəccübləndirə biləcək sürücülərdən biridir. Bunu hətta sonuncu dünya çempionu Lyuis Həmilton özü etiraf […]

Sebastyan Fettel sözsüz ki, bu il bizi təəccübləndirə biləcək sürücülərdən biridir. Bunu hətta sonuncu dünya çempionu Lyuis Həmilton özü etiraf edib, britaniyalı sürücü 21 yaşlı Sebastyanı özünün ən ciddi rəqibi hesab edir…

Lyuis Həmilton: “Sebastyan gələcəyin ulduzudur, o bunu Monsada ilk qələbəsini qazanmaqla sübut edib. Bu il o liderlər üçün əsil rəqibə çevrilə bilər. Biz onunla sürücülərin yeni nəslinə aiddik və etiraf etməliyəm ki, bizi uzunmüddətli rəqabət gözləyir. Hər bir yarışdan əvvəl mən Sebastyanı əsas rəqiblərim siyahısına daxil edirəm.”

Fettel də öz növbəsində mübarizəyə hazırdır və keçən ilin son yarışı olan Braziliya Qran Prisində niyyətinin ciddiliyini göstərmişdi – finişə cəmi iki dövrə qalmış o Lyuisi keçmişdi. Sonra baş verənlər isə artıq tarixdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*