L.Həmilton: “Qələbəni gözləmirdim”

Bu gün Hunqarorinqdə Lyuis karyerasında onuncu qələbəsini qazanıb, amma bu qələbəni bir ilə yaxın gözləməli olub. Mövsümün əvvəlindən McLaren gərgin […]

Bu gün Hunqarorinqdə Lyuis karyerasında onuncu qələbəsini qazanıb, amma bu qələbəni bir ilə yaxın gözləməli olub. Mövsümün əvvəlindən McLaren gərgin iş görüb, xüsusən də MP4-24-də sürət çatışmazlığının səbəbini öyrənmək üçün. İndi görülən işlər öz bəhrəsini verib: Lyuis yenidən podiumun yüksək zirvəsinə qalxıb! Pozitiv emosiyalara baxmayaraq, Lyuis mətbuat konfransında çıxışına Felipe Massanın ünvanına dəstək sözləri ilə başlayıb…

Lyuis Həmilton: “Bütün sürücülərina dından demək istəyirəm ki, dünən biz Felipeyə görə çox məyus olduq. Biz onsuz darıxırıq və hamımız ona tez sağalmasını arzu edirik.

Bu gün biz uzun fasilədən sonra yarışda qələbə qazanmışıq, xüsusən də McLaren-in ciddi problemlərlə üzləşməsindən sonra bu qələbənin qiyməti yüksəkdir. Mən həm komandamızla, həm də görülən işlə fəxr edirəm! Mən McLaren-in bazasında işləyən hər bir kəsdə qələbə ehtirasını görmüşdüm, nə mən, nə də onlar təslim olmurduq. Bu uik-end qələbəni gözləmirdim. Biz liderlərdən geriqalmanı aradan qaldırsaq da, inanmırdıq ki, bizim sürətimiz qələbə uğrunda mübarizə aparmağa imkan verəcək.

Amma maşın özünü əla göstərdi, komanda məndən yalnız təkərləri qorumağı xahiş edirdi, mən də təcrübəmdən sitifadə etməklə buna nail oldum. Bütün komandaya, bütün azarkeşlərimizə və ailəmə təşəkkür edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*