L.Həmilton proqnozlarda ehtiyat edir

Lyuis Həmilton Şanxay yarışında qələbə qazanmaqla Sebastyan Fettelin dörd ardıcıl qələbə seriyasına son qoyub. Amma bu gün İstanbulda mətbuat konfransında […]

Lyuis Həmilton Şanxay yarışında qələbə qazanmaqla Sebastyan Fettelin dörd ardıcıl qələbə seriyasına son qoyub. Amma bu gün İstanbulda mətbuat konfransında Lyuis qarşıdakı uik-end keçən uğurun təkrarlanması barədə ehtiyatla danışıb…

Lyuis Həmilton: “Mənim xüsusi bir ümidim yoxdur, mən, ümumiyyətlə, ümidlə yaşamıram, axı istədiyiniz kimi alınmasa, məyus olacaqsınız. Mən ehtiyatlı yanaşmaya üstünlük verirəm – çox güman ki, bu uik-end bizim maşın elə də sürətli olmayacaq, əgər uğur qazana bilsək, əla olar. Biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Keçən yarışda mən qələbəni maşınımızın sürəti sayəsində deyil, daha effektiv strategiya sayəsində qazanmışdım və mən finişə qədər hücum edə bildim. Biz ümid edirik ki, hazırladığımız yeniliklər özünü doğruldacaq və biz liderlərdən geriqalmanı azaldacayıq, amma sabahı gözləmək lazımdır.

Düşünürəm ki, mübarizəyə başqa komandalar da qatılacaqlar. Yarışlar arasındakı uzun fasilə rəqiblərə geriqalmanı dəf etməyə imkan verəcək – Mercedes GP irəliləyib, Ferrari də sürətini artırıb, Lotus Renault GP bu il güclüdür, Petrov isə bu il çox sürətlidir. Əminəm ki, mübarizə çox sıx olacaq və mən ümid edirəm ki, biz inkişafımızı davam edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*