L.Həmilton MP4/4-ün sükanı arxasına oturmayacaq

Lyuis Həmilton Qudvudda əfsanəvi McLaren MP4/4-ün sükanı arxasına otura bilməyəcək. Dünən Ayrton Sennanın maşınını onun bacısı oğlu Bruno trasa çıxarıb, […]

Lyuis Həmilton Qudvudda əfsanəvi McLaren MP4/4-ün sükanı arxasına otura bilməyəcək. Dünən Ayrton Sennanın maşınını onun bacısı oğlu Bruno trasa çıxarıb, amma güclü vibrasiya əmələ gəlib və axşam mexaniklərin gümanı təsdiqlənib – ötürmələr qutusu imtina edib. Köhnə maşını cəld bərpa etmək mümkün olmayacaq, ona görə də bu gün MP4/4 trasa çıxmayacaq…

Lyuis Həmilton: “Mən məyus oldum, çünki Qudvudda MP4/4-ün sükanı arxasına oturmaq istəyirdim, axı McLaren mexanikləri maşının hazırlanması üzərində ciddi işləmişdilər, mən isə bu günü çox gözləyirdim. Bruno üç dəfə trasa çıxdı, amam dördüncü dəfə ötürmələr qutusu imtina etdi. Bəzən belə olur. Bu gün mən iki dəfə trasa çıxacam – əvvəlcə keçənilki McLaren MP4-23-ün sükanı arxasında, sonra isə Mercedes-Benz SLR McLaren-in. Yaxşı ki, tamaşaçılar MP4/4-ü trasda heç olmasa dünən görə bildilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*