L.Həmilton Monakoya köçüb

Bir neçə il əvvəl sürücülərin çoxu Monakodan İsveçrəyə köçmüşdü, indi isə əks proses gedir. Keçən həftə Lyuis Həmilton da Sürixdən […]

Bir neçə il əvvəl sürücülərin çoxu Monakodan İsveçrəyə köçmüşdü, indi isə əks proses gedir. Keçən həftə Lyuis Həmilton da Sürixdən knyazlığa köçüb…

Lyuis Həmilton: “Mən təxminən bir həftə olar bura köçmüşəm. Sürixdə həyat darıxdırıcı idi, Monakoda isə həyat qaynayır, sürücülərin də çoxu burda yaşayır, dəniz kənarındakı hava da yaxşıdır. Mən kolleqalarımla səhər məşqləri zamanı görüşə bilərəm, elə məşqçim də o biri küçədə yaşayır – Monakoda çox rahatdır.

Mövsümöncəsi testlərin nəticələri? Biz dolu çənlərlə işləmişik, ona görə də rahatam – qüvvələr nisbətini yalnız birinci yarışdan əvvəl biləcəyik. Çox güman ki, vəziyyət son iki ildə olduğu kimi olmayacaq – Red Bull maşınları böyük üstünlüyə malik deyillər.

Deyəsən, Lotus sürətli maşın hazırlayıb. Komandalar qazburaxma sisteminin müxtəlif konfiqurasiyalarını hazırlayıblar, McLaren, Red Bull və Ferrari oxşar sistemdir, Lotus-da isə fərqli variantdır. Mercedes AMG maşınları da sürətli görünür. Mübarizə çox sıx olacaq, komandalar uzun mövsümün gedişində maşınları təkmilləşdirəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*