15 Oktyabr 2018, Bazar ertəsi - 14:38

L.Həmilton: “Mən hamını əmin etdim ki, maksimum çalışacam” (video)

L.Həmilton: “Mən hamını əmin etdim ki, maksimum çalışacam” (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:04 - 25 Yanvar, 2013

Bir az əvvəl Mercedes AMG komandasının Brəklidəki bazasında komandanın yeni sürücüsü Lyuis Həmiltonla Britaniya mətbuatının görüşü baş tutub – jurnalistlərin […]

Bir az əvvəl Mercedes AMG komandasının Brəklidəki bazasında komandanın yeni sürücüsü Lyuis Həmiltonla Britaniya mətbuatının görüşü baş tutub – jurnalistlərin bildirdiklərinə görə, sürücü çox şən, sakit və razı görünüb…

Lyuis Həmilton: “Ross Braun bir az əvvəl dedi ki, komandada hələ uzun müddət qalmaq istəyir. Mənim Pəddi Lou ilə əməkdaşlıq təcrübəm çoxdur, amma mən belə başa düşürəm ki, Lou hazırda McLaren-də işləyir.

Mercedes AMG komandasında hamı qələbə gözləyir – mən hələ belə məqsədyönlü köklənmiş adamlar görməmişdim. Rossla artıq yaxşı münasibət qurmuşam. Bu il bizi sprinter yarışı deyil, əsl marafon gözləyir. Mən uzun işçi prosesə köklənmişəm, amma ümid edirəm ki, biz artıq bu il rəqabətədavamlı ola biləcəyik.

Əgər bunu edə bilməsək, deməli, çalışmağa davam edəcəyik. Mən hamını əmin etdim ki, maksimum çalışacam. Amma uğur hansısa bir adamdan asılı deyil, komandanın çalışması da lazımdır və mən istəyirəm ki, hamı bilsin: siz maksimum çalışırsınız və mən də bunu edəcəm!”

ham-3
ham-4
ham-5


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 208
Teqlər , , , ,
Paylaş

logo