21 Sentyabr 2017, Cümə axşamı - 05:41

L.Həmilton McLaren Group-un yeni başçısını salamlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:45 - 29 Aprel, 2009

Bəhreyndə Lyuis Həmilton ilk dəfə Ron Dennisi əvəz etmiş McLaren Group-un yeni başçısı Riçard Ləptornla görüşüb. Ləptorn iyunun 1-dən Formula1 […]

Bəhreyndə Lyuis Həmilton ilk dəfə Ron Dennisi əvəz etmiş McLaren Group-un yeni başçısı Riçard Ləptornla görüşüb. Ləptorn iyunun 1-dən Formula1 komandasının da daxil olduğu şirkətlər qrupuna başçılıq edəcək, ona görə də komandanın personalı və sürücüləri faktiki olaraq onun işçiləri sayılacaqlar. Vəzifəsinin icrasına başlamamış Riçard Bəhreynə komanda ilə tanış olmağa gəlib…

Lyuis Həmilton: “Ron Dennis mənim həyatımda böyük rol oynayıb, bizim hamımızın onun qarşısında böyük borcumuz var. Qarşıda bizi maraqlı işlər gözləyir, həm Dennisi, həm də bizim komandanı.

Bəhreyndə mən yeni başçı ilə görüşdüm və başa düşdüm ki, o da McLaren-i sevir. Martin Uitmarş və Norbert Hauqla birlikdə mən əminəm ki, bizim komandanın parlaq gələcəyi var.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 103
Teqlər
Paylaş

logo