24 Noyabr 2017, Cümə - 11:41

L.Həmilton güman edir ki, onun maşınında motor dəyişdirilməyəcək

L.Həmilton güman edir ki, onun maşınında motor dəyişdirilməyəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:18 - 24 Mart, 2014

Lyuis Həmilton güc qurğusundakı problemlər üzündən Avstraliya Qran Prisinin ilk dövrələrində mübarizəni dayandırmalı olmuşdu. Amma dünən komandasının Kuala Lumpurda nümayiş […]

Lyuis Həmilton güc qurğusundakı problemlər üzündən Avstraliya Qran Prisinin ilk dövrələrində mübarizəni dayandırmalı olmuşdu. Amma dünən komandasının Kuala Lumpurda nümayiş yürüşlərində bildirib ki, komanda mövsümün ikinci yarışı üçün onun maşınında mühərriyi dəyişməyi planlaşdırmır…

Lyuis Həmilton: “Son bir neçə günü mən mühəndislərimlə çox danışmışam – komanda hadisənin təfərrüatlarını hələ də araşdırır. Motora gələn naqillərdə problemlər üzə çıxmışdı – mən boksda start düzlüyünə yollananda komanda telemtriyada bu problemi görmüşdü.

İlk dövrələrdə problemi həll etməyə çalışdıq, amma bunu bacarmadıq. Xoşbəxtlikdən mən maşını vaxtında saxladım, hərçənd, düzünü deyim ki, mən heç bunu istəmirdim. Yavaş da olsa, maşın gedirdi. Ümid edirəm ki, güc qurğusundan hələ də istifadə edə biləcəyik”.

Komandanın qarşıdakı həftəsonu şanslarından danışan Lyuis əlavə edib: “Mən yeni komandamla Sepanqda qələbə qazanmamışam, ona görə də bazar günü qələbəyə can atacam. Melburnda biz göstərdik ki, nəyə qadirik və indi maşını ikinci yarışa daha yaxşı hazırlamalıyıq.

Bundan başqa britaniyalı sürücü etiraf edib ki, reqlamentdəki dəyişikliklər və sürücünün fiziki formasına yeni tələblər ona baha başa gəlib…

Lyuis Həmilton: “Hazırda sürücü daha yüngül olmalıdır. Mən hətta bir ölçü balaca paltarlar geyinməyə başlamışam, çünki mütəmadi olaraq saunaya gedirəm. Mənə elə gəlir ki, indi biz böyük diqqəti kardioməşqlərə ayırırıq. Mövsümlərarası fasilədə mən gündə 5-6 saat məşq edirdim ki, yaxşı formada qalım. Mövsümün gedişində bu formanı saxlamaq mümkün deyil, amma mən bundan ötrü əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 165
Teqlər , ,
Paylaş

logo