20 Noyabr 2017, Bazar ertəsi - 07:55

L.Həmilton cərimə olunub

L.Həmilton cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:11 - 13 May, 2012

Sıralanma turunun sonunda Lyuis Həmilton poul qazandığı sürətli dövrəsini başa vurduqdan sonra maşınını trasda saxlamışdı – Qran Prinin stardları tərəfindən […]

Sıralanma turunun sonunda Lyuis Həmilton poul qazandığı sürətli dövrəsini başa vurduqdan sonra maşınını trasda saxlamışdı – Qran Prinin stardları tərəfindən bu insidentin araşdırılması axşama qədər təxirə salınmışdı.

Stüardlar bütün dəstək yarışlarının başa çatmasını gözləyiblər ki, rahat şəraitdə vəziyyəti araşdırsınlar, komanda arqumentlər hazırlayıb və maşının saxlanılmasını texniki nasazlıqla əlaqələndirib.

2010-cu ilin Kanada Qran Pisinin sıralanma turundan sonra da eyni insindetn baş vermişdi, o zaman da Lyuis Həmilton sürətli dövrəsindən sonra dayanmışdı. Ona görə də o vaxt FİA reqlamentə belə bir bənd əlavə etdi ki, sürücünün maşınında boksa qayıtmağa qədər və hələ FİA-ya nümunə üçün verməyə bir litr yanacaq olmalıdır.

Gərgin keçən araşdırmalardan sonra stüardlar çox sərt qərar qəbul ediblər – Həmilton nəinki sessiyanın, sıralanma turunun protokollarından çıxarılıb və sabah yarışa sonuncu yerdən başlayacaq.

Sabah yarışa pouldan Pastor Maldonado başlayacaq – 2010-cu ilin Braziliya Qran Prisindən sonra birinci dəfə Williams pouldan start alacaq…


L.Həmilton cərimə olunub

L.Həmilton cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:04 - 14 Aprel, 2012

Lyuis Həmilton mövsümün ilk iki yarışına pouldan başlamışdı, amma Şanxayda britaniyalı sürücü startda beş yer itirməklə cərimə olunacaq. Bu gün […]

Lyuis Həmilton mövsümün ilk iki yarışına pouldan başlamışdı, amma Şanxayda britaniyalı sürücü startda beş yer itirməklə cərimə olunacaq.

Bu gün Lyuis jurnalistlərə bildirib ki, son 48 saat ərzində mühəndislər ötürmələr qutusunda problemlər üzə çıxarıblar. Stüardlar sürücünü sıralanma turunda tutduğu yerin üzərinə beş yer gəlməklə cərimə ediblər.


L.Həmilton cərimə olunub

L.Həmilton cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:43 - 28 May, 2011

Monako Qran Prisinin stüardları sıralanma turunun son sessiyasında şikananı kəsdiyi üçün Lyuis Həmiltonu cərimə ediblər – sürücünün həmin dövrədə göstərdiyi […]

Monako Qran Prisinin stüardları sıralanma turunun son sessiyasında şikananı kəsdiyi üçün Lyuis Həmiltonu cərimə ediblər – sürücünün həmin dövrədə göstərdiyi (yeganə) nəticəsi ləğv olunub.

Nəticədə stüardların imzaladığı sıralanma turunun son protokolunda Lyuis doqquzuncu yerə düşüb, onuncu yerdən isə həkimlərin icazəsindən sonra Serxio Peres start ala biləcək.


L.Həmilton cərimə olunub

L.Həmilton cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:47 - 13 İyun, 2010

Sıralanma turunda son həmləsini başa vuran kimi komanda Lyuis Həmiltona xəbər verib ki, bakda yanacaq qurtarmaq üzrədir və FİA-ya yoxlamaq […]

Sıralanma turunda son həmləsini başa vuran kimi komanda Lyuis Həmiltona xəbər verib ki, bakda yanacaq qurtarmaq üzrədir və FİA-ya yoxlamaq üçün verməyə nümunə götürməyə heç qalmaya bilər, ona görə də sürücü maşını trasda saxlayıb və motoru söndürüb.

Lyuis motoru söndürdükdən sonra bir qədər maşını əli ilə itələyib – stüardlar isə prosedurun pozulması faktı ilə üzləşiblər. Həmilton boksa qayıtmağın maksimum həddini aşıb və məhz buna görə 10 min dollar cərimə olunub və xəbərdarlıq alıb…


L.Həmilton cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

00:32 - 24 May, 2009

Sıralanma turunun birinci hissəsində Lyuis Həmiltonun qəzası maşının ötürmələr qutusunu sıradan çıxardıb, komanda qutunu dəyişmək məcburiyyətində qalıb, bu isə startda […]

Sıralanma turunun birinci hissəsində Lyuis Həmiltonun qəzası maşının ötürmələr qutusunu sıradan çıxardıb, komanda qutunu dəyişmək məcburiyyətində qalıb, bu isə startda on yer itirmək deməkdir. Lyuis sıralanma turunu 16-cı yerdə başa vursa da, sabah yarışa sonuncu yerdən başlayacaq…

Martin Uitmarş: “Ötürmələr qutusu zərbədən zədələndiyi üçün biz onu dəyişməyə məcbur olduq, ona görə də Lyuis sonuncu yerdən start alacaq.”


L.Həmilton cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:34 - 03 Aprel, 2009

Malayziya Qran Prisinin stüardları Lyuis Həmiltonu pit-leyndə sürət həddini aşdığına görə cərimə ediblər. Sepanqda sərbəst yürüşlərdə sürücülər trasın bu hissəsində […]

Malayziya Qran Prisinin stüardları Lyuis Həmiltonu pit-leyndə sürət həddini aşdığına görə cərimə ediblər. Sepanqda sərbəst yürüşlərdə sürücülər trasın bu hissəsində 60 km/saat sürətlə hərəkət etməlidirlər, amma sərbəst yürüşlərin birinci sessiyasında elektronika Həmiltonun maşının sürətinin 63.5 km/saat olduğunu qeydə alıb. Qanun pozuntusu sürücüyə 1200 Avroya başa gəlib.

Sıralanma turu və yarışda isə pit-leyndə sürət limiti 100 km/saata qədər artırılacaq…


L.Həmilton cərimə olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:31 - 28 Mart, 2009

Lyuis Həmilton sıralanma turunun ikinci sessiyasında heç trasa çıxa bilməyib, onun maşınında ötürmələr qutusu sıradan çıxıb. Komanda reqlamentin icazə verdiyi […]

Lyuis Həmilton sıralanma turunun ikinci sessiyasında heç trasa çıxa bilməyib, onun maşınında ötürmələr qutusu sıradan çıxıb. Komanda reqlamentin icazə verdiyi tərzdə təmir işləri ilə məşğul olub sürücüsünü cərimədən qorumağa çalışsa da bu mümkün olmayıb. Son nəticədə qərara alınıb ki, qutu yenisi ilə əvəz olunsun. Keçən ildən qəbul olunmuş qaydalara əsasən bir qutu dörd yarış məsafəsinə tab gətirməlidir və onun plandakənar əvəzlənməsi cərimə ilə nəticələnir, ona görə də sabah Lyuis yarışa sonuncu yerdən başlayacaq…

Martin Uitmarş: “Ötürmələr qutusunda ötürmələrdən biri imtina edib, düzdür, reqlament həmin nasaz elementin cəriməsiz dəyişdirilməsinə icazə versə də, biz qutunu tam dəyişməyi qərara aldıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 174
Teqlər
Paylaş

logo